Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvan qarışdı: Parlamentə yürüş - Polis aksiyanı zorakılıqla dağıdır



İrəvanın mərkəzində polislə etirazçılar arasında qarşıdurma qeydə alınıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, keçmiş prezidenr Serj Sarkisyanın baş nazir vəzifəsinə rəsmən irəli sürülməsi gərginliyi artırıb. 

Mitinqçilər Ermənistan parlamentinə daxil olmağa cəhd edib, nəticədə polis güc tətbiq etməli olub. Xəsarət alanlar var. Aksiyaçılara "Vətəndaş dialoqu" müxalifət partiyasının lideri, deputat Nikol Paşinyan aparır.

Aksiyaçılar İrəvanın mərkəzindəki yolları bağlayıb, hərəkətə problemlər yaranıb. 

Xatırladaq ki, bu gün Serj Sarkisyanın baş nazirliyə namizədliyi rəsmən irəli sürülüb.

Seçkilər 17 apreldə parlamentdə olacaq.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений