Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvanda gərgin günə hazırlıq: “Nazirlik binalarını tutun”- AKSİYA



Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda müxalifətin askiyası davam edəcək. Müxalifətçilər Serj Sarkisyanın baş nazir təyin ediləcəyi parlament iclasının keçirilməsinə imkan verməməyi planlaşdırır.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, hazırda aksiyaçılar mərkəzdəki bir sıra küçə və xiyabanları bağlayıb, nəqliyyatın hərəkəti dayanıb. Baqramyan küçəsində həərkət məhdudlaşıb.

Müxalifət lideri Nikol Paşinyan hər kəsi Milli Məclisin binasına getməyə çağırıb. Həmçinin nazirlik və komitələrin binalarını tutmaq tapşırığı verilib. Həmin qurumlarda işləyən əməkdaşların içəri buraxılmasına imkan verməmək nəzərdə tutulur: "Bu gün bizim başqa heç bir işimiz yoxdur, ümumxalq tətilinə başlayıb, küçələri bağlayın",- deyə o bildirib.
Küçələrdə polis nəzarəti gücləndirilib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений