Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvanda hərə öz hayında: Hərbi komissarlardan sürücülərə qədər hər kəs küçələrdədir 



Ermənistan paytaxtı İrəvanda eyni zamanda bir neçə qrupun etiraz aksiyası gün ərzində davam edib.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, baş nazirin Baqramyan prospektindəki iqamətgahı qarşısına hərbi komissarlıqların əməkdaşları çıxaraq bu sahədə problemlərə etirazlarını bildiriblər. 

Müdafiə Nazirliyinin qərarına əsasən, ərazilər üzrə hərbi komissarlıqlar yenidən formalaşdırılacaq və hər 10 əyalətdə bir hərbi komissarlıq saxlanılacaq. Bu isə komissarlıq əməkdaşlarının sayını kəskin azaldacaq. Eyni zamanda hərbi çağırış zamanı da problem yaradacaq.

İrəvanda başqa bir küçədə isə 2016-ci ildə o zamankı prezident Serj Sarkisyanın istefasını tələb edən qrup toplaşıb. Qrupun üzvlərindən bəzilərinin məhkəməsi gedir. Aksiya da onlarla bağlı qəbul edilən həbs qətimkan tədbirinin dəyişdirilməsi tələbiylədir.

İrəvandakı aksiyaçılara bu gün taksi sürücüləri də qoşulub. Onlar da taksi şirkətlərilə rəqabət apara bilməməkdən şikayətlənir. Xüsusilə “Uber"in Ermənistandakı forması olan gg xidmətindən narazılıq var.

Xatırladaq ki, səhər saatlarında da bir qrup aksiyaçı İrəvan meriyasının binasına daxil olaraq merin istefasını tələb edib.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений