Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvanda tələbələrlə polis arasında toqquşma baş verib



İrəvanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 16-da İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dəsrlərə girməyiblər və otraq aksiya keçirirlər.

Tələbələr İrəvanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəz hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə İrəvanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq, irəli sürüb. Baş nazirin namizədliyi parlamentin apreıin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений