Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İŞİD döyüşçülərinin ailəsini Azərbaycanda nə gözləyir?- Hüquqşünas açıqladı



Son zamanlar İraqdan gələn xəbərlər arasında azərbaycanlılar da daxil olmaqla əcnəbi döyüşçülərin təsilm olması barədə məlumatlar da var.  

Məlumatlara görə, peşmərgəyə təslim olan İŞİD döyüşçüləri arasında Azərbaycan, Yəmən, Tunis, İraq, Əfqanıstan və Misir vətəndaşlarının ümumi sayı 250 nəfərdir. O da məlumdur ki, İŞİD döyüşçüləri bəzi hallarda ailələrini də özləri ilə birlikdə Suriya və İraqa aparıb.  

Maraqlıdır, İŞİD-ə qoşulan azərbaycanlıların ailəsi ölkəyə deportasiya olunarsa, onları hansı cəza gözləyir? 

Hüquqşünas Ələsgər Məmmədli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: “Məsələ həmin şəxslərin kim tərəfindən deportasiya edilməsindədir. Suriya hökuməti cinəyət törədən şəxsi yerindəcə mühakimə etməlidir, bu zaman həmin şəxslərin deportasiya məsələsi gündəmdə olmayacaq. Lakin İŞİD-ə qoşulan şəxslər ikinci ölkədə yaxalanarlarsa, bu zaman Azərbaycanla həmin xarici dövlət arasında cinayətkarların ekstradisiya prosesi həyata keçirilə bilər”. 

Hüquqşünasın sözlərinə görə, cinayətkar şəxsin ailə üzvlərinin adı hər hansı hadisədə  hallanmayıbsa, bu zaman Azərbaycanda onları heç bir cəza gözləmir: “Hər hansı şəxsin cinayətdə adının hallanması onun ailə üzvlərinə hansısa təsir göstərməməlidir. Ailə üzvləri qanunsuz miqrasiya aşkarlandığı təqdirdə məsuliyyətə cəlb oluna bilər. Azərbaycan vətəndaşı normal qaydada ölkə xaricinə gedibsə, adı hansısa cinayət hadisəsində hallanmayıbsa, istənilən halda təhlükəsiz formada ölkəyə daxil ola bilər. Lakin konkret olaraq şəxsə qarşı cinayət işi açılıbsa, o ölkəyə gələrkən həbs olunur”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений