Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İŞİD üçün yeni ssenarilər hazırlanır- Növbəti hədəf...- POLİTOLOQ



“İŞİD Əfqanıstan və Mərkəzi Asiyada güclənir. Suriya və İraqda məğlub edilən İŞİD-ın son dayanacaq nöqtəsi Əfqanıstandır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, coğrafi cəhətdən çətin dağlıq relyefə malik olan Əfqanıstan da bu terror təşkilatının güclənməsi üçün əlverişli yerdir: “Fikir versək , son günlərdə bu ölkədə İŞİD -in intiharçı terroru və hücumları intensivləşib. Əlavə edək ki, əsasən hökumət qüvvələrinə və “Taliban”a qarşı vuruşan İŞİD-in əsas məqsədi Mərkəzi Asiya daxil olmaqla , Əfqanistanda xilafət yaratmaqdır. Böyük maliyyə resurslarına malik olan İŞİD terror təşkilatı Əfqanistanda yerli qəbilələri öz ətrafına cəlb etməklə, böyük ərazilərə nəzarəti hücumsuz ələ alır və yerli tayfa liderlərin dəstəyini qazanır. İŞİD-ın Əfqanistanda əsas missiyası Çin və Rusiyanı regiondan uzaqlaşdırmaq, Çinin Uyğur bölgəsinə sızaraq ölkəni terrorun hədəfinə gətirməkdir. Çünki Çin Mərkəzi Asiya və Cənubi-Şərqi Asiyada ABŞ-la geosiyasi rəqabətdədir.

Qeyd edim ki, müəyyən güclərin əlində alət olan İŞİD beynəlxalq terror təşkilatı daha böyük strateji böhrana səbəb ola biləcək ssenarilərə hazırlanır. Uzun illərdir Əfqanıstanda əsas silahlı müxalifət olan “Taliban”a son dövrlərdə Rusiya hərbi-texniki dəstək verir. Çünki İŞİD-in Mərkəzi Asiyaya yayılmaması üçün “Taliban” əsas sipər rolunu oynayır və bu terror təşkilatının Əfqanıstanda zəiflədilməsində əsas tərəfdir. Göründüyü kimi, İŞİD günü-gündən Əfqanıstanda güclənməklə, çoxsaylı insan tələfatına səbəb olan intiharçı hücumlar həyata keçirir”. 

Politoloq əlavə edib ki, Əfqanıstanada Rusiya və ABŞ -ın maraqları yenidən toqquşur. “Taliban”ı silahlandıran Rusiyaya qarşı ABŞ İŞİD terror təşkilatını güc olaraq ortaya çıxarıb: “ABŞ prezidenti Donald Trampın Pakistana maliyyə yardımının dayandırılması barədə qərar verməsi, məhz rəsmi İslamabadın “Taliban”a dəstəyindən irəli gəlir. Çünki Taliban həm Rusiya, həm də Pakistanın dəstəyi ilə güclənib, İŞİD -in Əfqanıstanda yox edilməsinə çalışacaq. Ondan əlavə, Mərkəzi Asiya və Çinin regional siyasəti genişlənəcək. Qeyd edim ki, bu regionda Yaxın Şərq ssenarisi təkrarlanmasına cəhd edilir”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений