Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İslam Muhəmməd peyğəmbərlə başlayıb? – İlahiyyatçıdan iddia 



“İslam Muhəmməd peyğəmbərlə başlamayıb. Qurana görə İslam bəşər tarixilə yaşıddır. “Qurani-Kərim”in “Həcc” surəsinin 22/78 ayələrində bununla bağlı buyrulur”. 

Cebhe.info xəbər verir ki, bu iddia ilə ilahiyyatçı Elşad Miri çıxış edib.

“Allah bir olduğu və bəşəriyyət də bir olduğu üçün insana verilən vəzifə, missiya, təlim də «bir»dir. Buna görə də ilk peyğəmbərdən sonuncu peyğəmbərə kimi Allah yanında qəbul edilən din də təkdir («Maidə» surəsi, 5/3). Bəlkə də zamana və cəmiyyətin qarışıqlığına uyğun olaraq ibadətlərdə və bəzi haramlarda, halallarda fərqliləşmiş və yerliləşmişdir. Lakin təlim əqidə əsasları heç vaxt dəyişməyib.

Quranda Nuh, İbrahim, Musa və Məryəmin oğlu İsa başda olmaqla bütün peyğəmbərlər müsəlman olaraq adlandırılır. Çünki bütün peyğəmbərlər Tanrıya qeyd-şərtsiz təslim olan, onun buyruqlarına qeyd-şərtsiz tabe olan insanlardır”, - deyə E.Miri qeyd edib. 

Mənsur 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений