Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İslamı parçalayan təriqətə yasaq gəlir



Tural İrfan: “Vəhabilik ideologiyasıterrorçuluq məqsədi daşıyır”

Rusiyada fəaliyyət göstərən bütün vəhabi təşkilatları ekstremist elan edilə bilər.

Rusiya Dinlərarası Şurası federal qurumlara ölkədə fəaliyyət göstərən bütün vəhabi təşkilatlarını ekstremist elan etmək xahişi ilə müraciət edib.

Məsələ Rusiya Dinlərarası Şurasının iclasının yekunları üzrə qəbul edilmiş sənəddə əksini tapıb. Müraciətə əsasən, vəhabilik qadağan edilməli və bu təşkilatların fəaliyyəti dayandırılmalıdır. Bundan başqa, Şura ideologiyanın özünün terrorçu ideologiyası kimi qəbul edilməsini də istəyir.

Bəs görəsən, Azərbaycanda qeyri-ənənəvi ideologiyalar və ya təriqətlər qadağan edilə bilərmi və ümumiyyətlə, bu lazımdırmı?

İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə bildirib ki, bütün radikal, ekstremistyönümlü  dini qruplaşmalar qadağan edilməlidir:

“Rusiyada qeyd edilən şuranın məlum təklifi çox lazımlı və vacib məsələdir. Artıq dünyada isbat olunub ki, vəhabilik yarandığı bir gündən dağıdıcılıq, terrorçuluq, islamı parçalamaq amalı ilə yaradılıb. Tarix boyu bu cərəyanın mənsublarının törətdikləri cinayətlər hamıya məlumdur. Ona görə də vəhabilik ideologiyası tamamilə terrorçuluq məqsədi daşıyır”.

Ekspert qeyd edib ki, bu təriqətlərin müəyyən zaman içində özlərini susqun göstərməsi dövlət rəsmilərini yanıltmamalıdır: “Azərbaycanda da bu cərəyan qəti şəkildə qadağan edilməlidir. Artıq bütün dünyanın bəlasına çevrilmiş, nasizmdən də təhlükəli olan bir ideologiyanın ayaq tutmasına imkan yaratmağa nə lüzum var? Hesab edirəm ki, ölkəmizdə də bu məsələyə ciddi yanaşılmalı, bu cərəyanın yayılması rəsmən qadağan edilməlidir. Çünki bunun dini etiqad azadlığına aidiyyəti yoxdur. Ona görə ki, vəhabilik dini cərəyan deyil. Siyasi, terrorçu ideologiyadır. Vaxtilə xarici qüvvələrin umumislam ümmətinin ittifaqını daxildən parçalamaq və məhv etmək məqsədi ilə yaradılıb. İlanın başını əjdaha olmamış əzmək lazımdır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений