Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İslamiada: Daha 2 güləşçimız finalda



Daha iki Azərbaycan təmsilçisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında final mərhələsində çıxış edəcək.

Cebhe.info xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahir Əmiraslanov türkiyəli Nəbi Uzun üzərində 13:2 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Digər təmsilçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə tam üstünlüklə suriyalı Karem Abdullanı məğlub edərək İslamiadada qızıl mükafat uğrunda yarışacaq.

Cəbrayıl Həsənov (74 kq) səkkizdəbir final mərhələsində İran pəhləvanı Peyman Yarahmadiyə uduzaraq mübarizəni dayandırıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений