Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İşlənmiş avtomobil təkərləri bahalaşıb



Azərbaycan ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.

"Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb", - S.Mehdiyev əlavə edib.

DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib: "Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük".

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: "Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений