Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İspaniya millisinin baş məşqçisi istefa verdi



Futbol üzrə İspaniya seçmə komandasının baş məşqçisi  Fernande Yerro ustefa verib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası açıqlama verib.  Yerro futbol üzrə dünya çempionatına bir neçə gün qalmış baş məşqçi postuna gətirilmişdi. O, buna qədər baş məşqçi Lopeteqinin köməkçisi idi.

Qeyd edək ki, dünya çempionatı başlamamış Lopeteqi “Real” Madridlə anlaşmışdı. Onun bu hərəkəti İspaniya Futbol Federasiyası xoşuna gəlməmiş, qurum onu qovmuşdu. Qeyd edək ki, F.Yerronun rəhbərliyi ilə İspaniya dünya çempionatında uğursuz çıxış edib.

Portuqaliya ilə 3-3-lük heç-heçə edən ispanlar İrana (1-0) qalib gəlmiş, Mərakeşlə sülh (2-2) bağlamışdı. 1/8final mərhələsində ispanlar gözlənilmədən Rusiya yığmasına uduzaraq mundialı tərk etmişdi.

Aydın
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений