Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrail qərarını dəyişdi: Qüds yox, Təl-Əviv



İsrail “Avroviziya” mahnı müsabiqəsinin Qüdsdə keçirilməsi fikrindən daşınıb.

Cebhe.info xəbər verir ki, Maliyyə Nazirliyi Qüdsdə müsabiqənin keçirilməsi üçün məkan olmadığını əsas gətirərək Təl-Əvivin üzərində dayandıqlarını açıqlayıb. 

“Haaretz” yazır ki, İsrail hökuməti müsabiqənin Qüdsdə keçirilməsinə dünyanın etirazını görərək qərarından vaz keçib.

Maliyyə Nazirliyində isə bildiriblər ki, ölkədə “Avroviziya” mahni müsabiqəsinin təşkilat komitəsinin bütün şərtlərinə uyğun məkan ancaq Təl-Əvivdədir. Buna görə də müsabiqənin məkanı dəyişəcək.

Xatırladaq ki, bundan əvvəl mədəniyyət naziri Miri Reqev "Əgər müsabiqə Qüdsdə olmasa, deməli, ümumiyyətlə İsraildə olmayacaq",-deyə iddialı bəyanatla çıxış etmişdi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений