Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrail silahları ordumuzu daha da gücləndirir - EKSPERT



İyulun 11-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Hamıya məlumdur ki, Azərbaycanla İsrail uzun illərdir hərbi sahədə çox geniş əməkdaşlıq edir. İllərdir Azərbaycan İsraildən ən müasir silahlar və hərbi təyinatlı texnikalar alır. Yeni müqavilə də İsraillə Azərbaycan arasındakı hərbi və digər sahələrdəki əməkdaşlığa daha bir töfhə verəcək. 

Ekspertlər hesab edir ki, bəzi qüvvələrin Azərbaycan və İsrail arasındakı isti münasibəti gözləri götürməsə də, hər iki ölkənin əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanla İsrail şirkəti arasında yeni imzalanan protokolu Cebhe.info-ya şərh edən hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirdi ki, rəsmi Bakı ilə Təl-Əviv arasında son illər bir çox sahələrdə, o cümlədən hərbi-sənaye komplekslərinin əməkdaşlığı, birgə fəaliyyəti istiqamətində də xeyli işlər görülüb. Onun sözlərinə görə, bu fəaliyyət hər iki tərəfi qane edəcək səviyyədədir: 

"Baxmayaraq ki, bizi istəməyən bəzi ölkələr, həmçinin Ermənistana açıq və ya gizli dəstək verən qüvvələr çalışırlar ki, bu əməkdaşlığa bir növ mane olsunlar. Dəfələrlə qeyd olunub ki, Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkə ilə həm iqtisadi, həm də hərbi sahədə əməkdaşlığını davam etdirəcək. Bu kiminsə xoşuna gəlməsə belə. Bizim İsraildən son llər əldə etdiyimiz ən müasir silah və texnika ordumuzun döyüş qabiliyyətini bir qədər də artırıb. İmkanlarımız xeyli genişlənib. İndi isə, necə deyərlər biz hərbi-sənayesi kifayət qədər güclü olan İsrail dövləti ilə yeni, daha müasir tələblərə cavab verən pilotsuz sistemlərin birgə istehsalını həyata keçirmək niyyətindəyik".

Tərəflərin imzaladığı yeni niyyət protokolununun hər iki ölkə əməkdaşlığını daha da möhkəmlədəcək deyən Ü.Cəfərov hesab edir ki, bunu Azərbaycanın hərbi sənayesi üçün çox uğurlu addımlardan biri saymaq olar: 

"İsrail kimi ciddi hərbi sənaye kompleksinə malik bir dövlət, Azərbaycan kimi nisbətən gənc və müdafiə sənayesini yaxın illərdə qurmuş ölkə ilə belə ciddi bir işə qol qoyur. Bu isə o deməkdir ki, gələcəkdə biz istehsal olunan məhsullalrı həm daxili təlabatımız üçün maneəsiz istifadə edə bilərik, həm də o silah və sursatı sataraq ondan külli miqdarda gəlir əldə etmək imkanımız olacaq. İnanıram ki, bu ilin sentyabr ayında Bakıda keçiriləcək növbəti hərbi sərgidə biz İsrail ilə daha başqa uğurlu layihələr barəsində də məlumatlar alacağıq".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений