Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İsraildə PUA qalmaqalı: Ermənistan yenə Azərbaycanı hədəf göstərdi



İsraildə pilotsuz aparat istehsalçısı olan Aeronautics Defense Systems (ADS)-ə qarşı cinayət işinin açıldığına dair xəbər yayılıb.

Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. 

Mətbuat “The Time of Israel”a istinadən bildirib ki, pilotsuz təyyarələrin sınaqdan keçirildiyi tərəfin adı açıqlanmayacaq. 
Buna baxmayaraq, erməni tərəf bunun Azərbaycan olduğunu iddia edir. 

Erməni mətbuatının iddiasına görə, məhz Azərbaycanın müraciəti ilə şirkət “Orbiter 1K”nı Qarabağdakı erməni mövqelərində sınaqdan keçirib. General Armen Gözəlyan nəticədə 2 hərbçinin yaralandığını iddia edib. 

Nəşr yazır ki, 29  avqustda Müdafiə Nazirliyi pilotsuz aparatların istehlakçı ölkələrdən birinə göndərilməsinə dair  20 milyon dollarlıq müqaviləni pozub. Bu barədə şirkət öz məlumatında qeyd edilib. Alıcı ölkənin adı açıqlanmasa da,e rməni tərəf burda da söhbətin məzh Azərbaycandan getdiyi iddiasındadır.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений