Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrailin müdafiə naziri Prezident İlham Əliyevi təbrik edib



İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений