Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsraillə 500 milyonluq silah anlaşması LƏĞV EDİLDİ



Hindistan İsraillə müqaviləni ləğv edib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistan hökuməti İsrailin “Rafael” müdafiə şirkəti ilə 500 milyon dollar dəyərində silah anlaşmasını ləğv edib.

Sözügedən şirkət rəsmilərinin sözlərinə görə, Hindistan əvvəllər imzalanmış yarım milyard dollarlıq silah müqaviləsinin ləğv edilməsi ilə bağlı rəsmi qərarını onlara çatdırıb.

Müqavilənin yanvar ayının ortalarında İsrailin baş naziri Benyamin Netanyahunun 4 günlük rəsmi ziyarətinə qədər ləğv ediləcəyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, İsrail son zamanlarda Hindistana silah tədarükü üçün əhəmiyyətli bir ölkəyə çevrilib. İki ölkə arasında milyonlarla dollarlıq silah razılaşması imzalanıb.

Ötən ilin aprel ayında isə Hindistan və İsrail arasında orta səviyyəli havadan mərmi, raket qurğuları və kommunikasiya texnologiyaları təmin etmək üçün iki milyard dollarlıq hərbi saziş imzalanıb. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений