Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İstedadlı Əlillər İB Samuxda görüş keçirdi - FOTOLAR



İstedadlı Əlillər İB-nin əməkdaşları növbəti dəfə Samux rayonunda fəaliyyət göstərən "Fiziki imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzi"nin üzvlərinin valideynləri ilə görüş keçirib.

Cebhe.info xəbər verir ki, tədbirdə Mərkəzin rəhbəri Elmira İsmayılova iştirak edib. 

Görüşdə iştirak edən valideynlər qayğıları və problemlərindən danışıblar. Qeyd olunan problemlərin həlli yolları ətrafında müzakirələr edilib. Müraciətlərdən məlum olub ki, bir çox ailələr ünvanlı sosial yardım almalarında və övladlarının müalicə məsələlərində çətinliklərilə üzləşir.

Tədbirdə İstedadlı Əlillər İB-nin sədri Cavad Qasımov da çıxış edib. O qeyd edib ki, qeyd olunan məsələlər Birlik tərəfindən aidiyyəti üzrə dövlət orqanlarına çatdırılacaq:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan məsələlər isə Nazirlik yanında İctimai Şuranın müzakirələrinə çıxarılaraq ümumiləşdirilmiş halda nazirə çatdırılacaq. Samux rayonunda "Fiziki imkanları məhdud olan uşaqlar üçün yaradılan icma əsaslı sosial reabilitasiya mərkəzi”in fəaliyyəti nazirliyin sosial sifarişi əsasında fəaliyyət göstərir. Birlik bu sifarişi icra edir. İctimai Birliyin əməkdaşları ilə yanaşı müxtəlif sahələr üzrə könüllülər də mərkəzin fəaliyyətində yaxından iştirak edirlər. Mərkəzdə sosial iş, funksional terapiya, reabilitasiya, psixoloji xidmətlərlə yanaşı layihədən kənar olaraq valideynlərə hüquqi xidmətlər də göstərilir. Eyni zamanda müalicəyə ehtiyacı olan fiziki imkanları məhdud olan uşaqların müalicə olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən aidiyyəti Bərpa Mərkəzlərinə yerləşdirilməsinə dəstək olur".

Daha sonra tədbirə dəvət olunan Mərkəzi Klinika Xəstəxanasının Gəncə şöbəsinin nümayəndəsi çıxış edib. O, "Fiziki imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzi"nin üzvlərinə hər həftənin cümə günü ödənişsiz müayinə edəcəklərini, klinika tərəfindən ailələrə güzəştli kuponlar veriləcəyini və müalicəyə ehtiyacı olan uşaqların müalicəsinin təşkilində dəstək olacaqlarını qeyd edib.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений