Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İstefanın SƏBƏBİ, yoxsa NƏTİCƏSİ?



Ermənistan baş naziri Serj Sarkisyanın istefasına səbəblərdən biri də anasının vəfatıdır.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin deyib. O, Serj Sarkisyana buna görə başsağlığı verib. 

Zatulinin sözlərinə görə, baş nazirin istefasının səbəblərindən biri də bu ola bilər.

Bundan öncə “Armenpress” Nora Sarkisyanın xəstəxanada olması barədə məlumat dərc etmişdi. “Hrapark” qəzeti isə aprelin 22-də Serj Sarkisyanın anasının ciddi mühafizə altına alınması barədə xəbər vermişdi.

Nora Sarkisyanın ölümü barədə hələlik rəsmi informasiya verilməyib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений