Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"İstək" liseyinin bağlanma səbəbi - PULSUZLUQ



“İstək” liseyi “Çağ” Öyrətim İşlətmələri şirkətinin yerində fəaliyyət göstərməyə başlayıb”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, ölkədə fəaliyyət göstərən özəl təhsil müəssisələrinin bağlanması yaxşı tendensiya deyil:

“Bilirsiz ki, “Çağ” Öyrətim Şirkəti Türkiyədə müsbət qəbul edilməyən siyasi şəxslərin nəzarətində olan bir qrup idi. Ona görə də onun yerində fəaliyyət göstərən bir müəssisəyə də insanların inamı aşağı idi. Baxmayaraq ki, "İstək" liseyi keyfiyyətli təhsil verən müəssisələrdən biri idi. Onun şagirdlərinin nəticəsi istər dövlət, istərsə də özəl məktəbdən fərqli idi. Hətta Kembric Universiteti "İstək" liseyi ilə əməkdaşlıq edirdi. "İstək" liseyinin fəaliyyətinin dayandırılmasının düşünürəm ki, əsas səbəbi maliyyə problemləri ilə əlaqədardır. Çünki bu liseyin yerləşdiyi binaların aylıq kirayə pulu çox yüksəkdir. Onların cəlb etdiyi şagirdlərin sayı isə tam şəkildə maliyyə dövriyyəsini təmin etmirdi. Lakin birdən-birə liseyin fəaliyyətinin dayandırılması qanunvericilik aktlarına ziddir. Çünki burda çalışan işçilərin əmək hüququ, qeydiyyatdan keçən valideynlərin hüquqlarının pozulmasıdır”.

Təhsil eksperti həmçinin bildirib ki, qanunvericilikdə müəssisə bağlanma təhlükəsi qarşısında qalanda iki ay əvvəlcədən çalışan işçilərə məlumat verməli olduğu müəyyən edilib: 

“Bu onların işlə təmin olunması üçündür. İndi Təhsil Nazirliyi komissiya yaradıb bu problemin həlli istiqamətində fəaliyyət göstərir. Amma “İstək” liseyinin müəllimləri özəl sektorda çalışdığı üçün onların birbaşa işlə təmin olunması nazirlik tərəfindən həyata keçirilməməlidir. Çünki ölkə ərazisində dövlət orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hər kəs qeydiyyatdan keçib müsabiqə və müsahibə mərhələsində iştirak etməklə bu hüququ qazanır. Həqiqətən də “İstək” liseyinin müəllimlərinin bilik və bacarıqları tələb olunan şərtlərə uyğundursa, buyurub imtahandan keçməklə işə qəbul edilsinlər. Əgər Təhsil Nazirliyi bunu birbaşa həll etsə, onda digər müəllimlərin hüquqlarının pozulması deməkdir. “İstək” liseyinin illik təhsil haqqı 7-11 min manat arası dəyişir. Məndə olan məlumata görə 500-ə qədər valideyn övladını bu liseydə təhsil alması üçün qeydiyyatdan keçirib. Lakin indi o valideynlərin vəsaitlərinin geri qaytarılması istiqamətində heç bir hərəkət yoxdur”.

Ekspert hesab edir ki, ölkədə şagird sıxlığı və ya məktəb çatışmazlığı yoxdur:

“Amma keyfiyyətli təhsil verən müəssisələr azdır. Onların fəaliyyətinə dəstək vermək lazımdır, onları vergi yükündən azad etmək lazımdır ki, davamlı fəaliyyət göstərə bilsinlər. "İstək" liseyi nümunəvi tədris metodikası və təhsilə yanaşma tərzi ilə fərqlənirdi. Reyhan Camalovan və onun kimi onlarla şagirdin istər yerli, istərsə də beynəlxalq olimpiadada göstərdiyi nəticələr ortadadır. Hesab edirəm ki, Təhsil Nazirliyi nəyin bahasına olursa olsun, bu kimi yüksək təhsil verən müəssisələrinin fəaliyyətinin davamlılığında maraqlı olmalıdır, onları qorumalıdır. Düşünmürəm ki, bu liseyin bağlanması hansısa siyasi qərarla bağlıdır”.

Qeyd edək ki, iyulun 5-də “İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Müraciətdən sonra bir çox insan bu qərara etiraz edib.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений