Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İtaliya baş nazirinin müavini Fransa prezidentini həyasız adlandırıb



İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib.

“Report” xəbər verir ki, o, Emmanüel Makronu həyasızlıqda ittiham edib.

Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır".

Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.

"Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik",— deyə siyasətçi bildirib.

Həmçinin Salvini Makronu Fransaya miqrant axınının keçdiyi Ventimilyedə qadın, uşaq və kişilərdən imtinaya son qoymağa çağırıb.

Baş nazir müavininin sözlərinə görə, əgər Fransa İtaliyanı bütün Avropa üçün qaçqın düşərgəsinə çevirmək istəyirsə, tamamilə yanılır.

Salvininin mövqeyini ölkənin baş nazirinin ikinci müavini Luici Di Mayo da dəstəkləyib. O qeyd edib ki, İtaliyada hazırda miqrasiya ilə bağlı fövqəladə vəziyyət yaranıb və Fransa da bu vəziyyəti yaradanlardan biridir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений