Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Jurnalistlər işğal altındakı Qarabağa gedərmi? - Sorğu



Ötən gün XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumları rəsmi məktubla Azərbaycan Respublikası XİN-ə müraciət edərək, işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazə verməsini xahiş ediblər. Onlara isə XİN tərəfindən müsbət cavab bildirilib.

Maraqlıdır, əgər Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa səfəri təşkil edilsə, jurnalistlərimiz işğal altındakı torpaqlara gedərmi?

Hərbi sahənin tanınmış jurnalistləri mövzu ilə əlaqədar Cebhe.info-ya danışıblar.
 
Cebhe.info xəbər portalının Qarabağ bölgəsi üzrə müxbiri Elgün Gəncimsoy:

“Ora Azərbaycan ərazisidir, Azərbaycan torpaqlarıdır. Bizim Qarabağa getməmiz üçün heç kəsin icazəsi lazım deyil. İstər jurnalist, istər döyüşçü kimi hər zaman getməyə hazıram. Əmin olun ki, bu baş tutsa, ilk müraciət edən mən olacağam”.

Müstəqil jurnalist Teymur Zahidoğlu:

“Əgər beynəlxalq səviyyədə tanınan KİV-i Dağlıq Qarabağa səfər üçün Azərbaycandan icazə istəyibsə, bu, çox normal haldır. Bu, beynəlxalq hüquqda həmin ərazilərin Azərbaycanın olduğunu qəbul etməkdir. Bundan başqa bu Azərbaycan xalqına hörmətin də təcəssümüdür. Azərbaycan jurnalistləri olaraq işğal altında olan Qarabağ ərazilərinə səfər etməsi tək Teymur Zahidoğlunun yox, Azərbaycan Respublikasının gələcəyini düşünən istər jurnalistlərin, istərsə belə vətəndaşların arzusudur”.

Qaziler.az saytının rəhbəri, Qarabağ müharibəsi veteran Rey Kərimoğlu:

“Mən getmərəm. Çünki bu ermənilərin uzun illərdən bəri apardığı işğalçılıq siyasətinin, Azərbaycan torpaqlarına sahib çıxmaq istəməsinin növbəti tərkib hissələrindən biri olacaq. Yəni, indi jurnalistlərə icazə verəcəklər, daha sonra QHT-lərə icazə verəcəklər, sonra deyəcəklər ki, kim istəyir gəlib gedə bilər. Bu, onlar üçün vacibdir ki, Azərbaycan ilə araları düzəlsin, işğal etdikləri torpaqlar insanlar üçün adiləşsin və torpaq da onlara qalsın. Təəssüf edirəm ki, bizdə də hərə öz işi ilə, bəzisi öz mövqeyini qorumaqla, bir hissəsi isə özünə var-dövlət yığmaqla məşğul oldu, beləcə də Qarabağ unuduldu. Təkcə İlham Əliyevlə iş bitmir. Ali baş komandan çalışır, nəsə etmək istəyir. Nəticə olaraq isə ortada heç nə yoxdur. Ermənilər də öz planlarını həyata keçirirlər”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений