Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Jurnalistlərin güzəştli tibbi müayinəsi: Hələ də mümkün olmur



Jurnalistlərin tibbi sığortası ilə bağlı məsələ ara-sıra gündəmə gəlsə və bununla bağlı bəzi təşəbbüslər olsa da, bu məsələ həllini tapmamış qalır. Xatırladaq ki, ölkədə bir sıra dövlət və özəl sahələrdə işçilər tibbi sığorta ilə təmin olunurlar.

Onu da qeyd edək ki, ümumilkdə ölkə əhalisi ilə bağlı  “Tibbi sığorta haqqında” qanun  1999-cu ildə qəbul edilib. Qanunun həyata keçrilməsi ilə bağlı Dövlət Planı hazırlanıb.  

Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli Cebhe.info-ya açıqlamasında bildirib ki, təşkilat hər il jurnalistlərin sosial durumu ilə bağlı araşdırma aparır: 

“Həmin araşdırmada jurnalistlərin əmək haqqından tutmuş tibbi sığortasına qədər məqamlar araşdırılır. Çox təəssüf ki, tibbi sığorta məsələsi qənaətici vəziyyətdə deyil. Öz hesabatımızda da bildirmişik ki, çox az redaksiyalarda, təxminən 5 faiz redaksiyalarda işçilərin tibb sığortası ilə bağlı hansısa  güzəşt  tətbiq edilməsinə rast gəlinir. Bəzi redaksiyalarda isə bu kampaniya xarakterli həyata keçrilib – Yəni, hansısa tibb müəssisəsi ilə müqavilə imzalanıb, reklam verilməsi müqavilində  əməkdaşlar müayyinədən keçrilib. Amma mütəmadi olaraq, jurnalistlərin müayyinədən keçməsi ilə bağlı ciddi nailiyyət yoxdur. Biz inanırıq ki, gələcəkdə bu məsələyə baxılacaq”.

Təkcə jurnalistlər üçün deyil, ümumilikdə ölkə vətəndaşlarının tibbi sığortası ilə bağlı proqramın işləndiyini xatırladan Müşfiq Ələsgərli həmin proqramın pilot layihə kimi rayonlarda tətbiq edildiyini qeyd etdi: “Ümid edək ki, bu qrant layihə kimi uğur qazanacaq və ayrı-ayrı rayonlarda deyil, ümumilikdə ölkə səviyyəsində tətbiq olunacaq. Belə olarsa, jurnalistlər də ümumi ölkə vətədaşların tərkibində tibbi sığorta ilə təmin olunacaq və bu da onların rifah halına təsir edəcək. Bilirsiz ki, son vaxtlar istər infeksion, istərsə də digər xəstəliklərin artması müşahidə olunur və hər bir şəxsin ildə bir neçə dəfə müayyinədən keçməsi zərurəti yaranır. Hesab edirik ki, tibbi sığorta ilə bağlı dövlət proqramının həyata keçrilməsi işləri gücləndirilməlidir”.

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений