Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kataloniyada yenə səsvermədir: Bu dəfə hökumət keçirir



Bu gün Kataloniyada yenə parlament seçkisidir.

Cebhe.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu bundan əvvəl separatçı Kataloniya hökumətinin referendum yolu ilə bölgənin müstəqilliyini elan etməyə çalışdığını deyib:

“Alınmadı. İspaniyanın mərkəzi hökuməti referendumun nəticələrini ləğv etdi, Konstitusiyaya əsasən bölgənin muxtariyyatını məhdudlaşdırdı. Madrid Kataloniyada yeni seçki təyin etdi və maraqlıdır ki, separatizmi alovlandıran separatçı partiyalar və Brüsseldə gizlənən bölgənin keçmiş baş naziri Puçdemon yeni seçkiləri boykot etmədi. Niyə? Görünür, düşünür ki, separatizmi dəstəkləyən siyasi cərəyanlar yenidən qələbə çalacaq və o, Kataloniya üçün artıq müstəqillik yolunu açacaq.

Əslində Kataloniyada budəfəki parlament seçkisi gizli referenduma bənzəyir. Əgər seçkidə İspaniyanın ərazi bütövlüyünə üstünlük verən yerli partiyalar qələbə çalsa, bu, separatizm ideyalarının bir müddət arxa plana keçməsini şərtləndirəcək. Yox, əgər yenə Puçdemon və onun tərəfdarları üstünlük qazansa, müstəqillik uğrunda hərəkat yenidən vüsət alacaq. Ancaq katalon separatçıları parlament seçkisində kifayət qədər səs qazansalar belə Madrid göz görə-görə ölkənin parçalanmasına seyrçi qalmayacaq, necə ki, qalmadı, Avropa da İspaniyanın yanındadır. Bu, Kataloniyanı Kosovodan fərqləndirən əsas xüsusiyyətdir”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений