Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kənd təsərrüfatı sahələrinə əsaslı kapital qoyulmalıdır



Azərbaycanda ənənəvi kənd təsərüfatı sahələrinə əsaslı kapital qoyulmalıdır.

Bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli  deyib

Onun sözlərinə görə, heyvandarlıq, çay istehsalı potensiallı sahələrdəndir: “Azərbaycanın rəngərəng iqlimi şəritində rəngərəng kənd təsərrüfatı məhsulları yetişdirmək mümkündür. Bu sahədə ciddi uğurlar qazanmaq olar”.

İqtisadçı deyir ki, bunun üçün ilk beş ildə hökumətin sahibkarlara hərtərəfli dəstək olması vacibdir: “Bu kənd təsərrüfatı sahəsində böyük uğurlar qazanmış ölkələrin təcrübəsindən də bəllidir. İstail, Hollandiya, Kanada kimi ölkələr kənd təsərrüfatı sahəsindəki uğurları dövlətin dəstəyi nəticəsində qazanıb. 5 ildən sonra, işlər yoluna düşəndən sonra, fermerlərin dövlətin dəstəyinə ehtiyacı qalmır. Artıq onlar verdikləri vergilər və digər üsullarla dövlətə dəstək olur”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений