Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kərkükdə vəziyyət gərginləşib: Bölgəyə kürd silahlıları yeridilir - VİDEO



İraq ordusu Kərkükün cənubunda yerləşən Havicə bölgəsini İŞİD terrorçularından geri almaq üçün hərəkətə keçib.

Cebhe.info İraq mətbuatına istinadən xəbər verir ki, İraq ordusunun bu hərəkətinə qarşılıq Şimali İraq Kürd Muxtariyyatından (ŞİKM) gəlib.

Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzaninin əmri ilə Ərbildən Kərkük şəhərinə ağır silahlarla təmin olunmuş Peşmərgə qüvvələri yeridilib. 

ŞİKM rəhbərliyi 25 sentyabrda israrla keçirmək istədiyi referendum yaxınlaşdıqca, İraq ordusunun Kərkük istiqamətində irəliləməsindən narahat olub.

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений