Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kəşfiyyat rəhbərindən müharibə anonsu - “Hər an başlana bilər”



“İstənilən an yeni dünya müharibəsi başlana bilər”.

Cebhe.info CNN-ə istinadən xəbər verir ki, bu iddia ilə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Kots çıxış edib.

O, “Soyuq müharibə”nin başa çatmasından sonra ilk dəfə olaraq supergüclər arasında savaş ehtimalının artdığına diqqət çəkib. “Yeni dünya müharibəsi ehtimalı hər keçən gün artır. Bu risk “Soyuq müharibə”nin başa çatmasından sonra ilk dəfə olaraq, ən yüksək səviyyəyə qalxıb. Supergüclər hər an öz mövqelərini aydınlaşdırmaq üçün silaha əl atıb bu müharibəni başlaya bilərlər. Əsas təhdidlər Şimali Koreya, Səudiyyə Ərəbistanı və İrandan gəlir”, - deyə Kots qeyd edib.

Kəşfiyyat rəhbəri ABŞ, Rusiya və Çin arasında güclənən kiber qarşıdurmanın da müharibəyə yol açacağını istisna etmir: “Bu supergüclər arasında ABŞ-ın beynəlxalq nüfuzunu azaltmağa çalışan Rusiya və Çin də var. Rusiya və Çinin ABŞ-a qarşı apardıqları kiber və informasiya müharibələri dünya üçün təhdidedici vəziyyət yaradıb”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений