Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kəşfiyyatdan XƏBƏRDARLIQ: “Rusiyaya gedəndə mobil telefon aparmayın”



“Rusiyaya gedərkən özünüzlə mobil telefon və bu qəbildən digər cihazlar aparmayın”.

Cebhe.info xəbər verir ki, bu xəbərdarlıqla ABŞ Milli Əks-Kəşfiyyat Mərkəzinin direktoru Uilyam Evanin ölkə vətəndaşlarına müraciətində çıxış edib. 

Mərkəz direktoru qeyd edib ki, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına baxmaq istəyən azarkeşlər kibercinayətkarların qurbanı ola bilər. Eyni zamanda, Rusiya hökuməti məlumat almaq üçün həmin cihazlara girişi təmin edə bilər. 

Evanin qeyd edib ki, xüsusiə dövlət təmsilçiləri və şirkət nümayəndələrini bu təhlükə gözləyir. Ancaq sıravi Amerika vətəndaşları da belə bir hücumun qurbanı ola bilər. 

Rusiyadakı çempionatda 35 minə yaxın amerikalı azarkeşin iştirakı gözlənilir. 

“Reuters” isə qeyd edir ki, oxşar müraciətlə İngiltərə kəşfiyyatı da çıxış edib. 

Çempionat Rusiyanın 11 şəhərində 14 iyun-15 iyul aralığında keçiriləcək. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений