Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kim Çen hamını düşündürən sualı qulaqardına vurdu: Beləcə dünya məlumatsız qaldı 



Şimali Koreya lideri Kim Çen In Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşdə jurnalistlərin nüvə silahı barədə sualını eşitməzlikdən gəlib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, jurnalistlər 3 dəfə Kim Çenə nüvə silahı ilə bağlı sual ünvanlasalar da, o, sualı qulaqardına vurub. "Ondan 3 dəfə soruşdular ki, nüvə raketi var, yoxsa yox, amma o cavab vermədi",-deyə Ağ Evin nümayəndə heyətinin tərkibində olan jurrnalistlərdən biri yazıb. 

Məlumata görə, liderlər  ümumilikdə 40 dəqiqə danışıb və görüşün bu hissəsi təkbətək formatda keçib. Ancaq görüş arada qısa müddətə kəsilib, onlar mətbuat üçün qısa bəyanatla çıxış ediblər. Daha sonra görüş geniş formatda davam edib. 

Xatırladaq ki, bu, iki ölkə arasında baş tutan ilk sammitdir. 

Görüş Sinqapurda "Kapella” hotelində keçirilib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений