Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Koreya açılımı"-ABŞ istədiyinə nail olacaq-Politoloq



Xəbər verdiymiz kimi, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya (KXDR) lideri Kim Çen In arasında tarixi zirvə görüşü keçirildi.

Görüşdən sonra Tramp müəyyən razılaşmaların əldə olunduğunu açıqladı. Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini, böyük problemlərin həllinə nail olacaqlarını deyib. ABŞ prezidenti bildirib ki, görüş heç kimin gözləmədiyindən də yaxşı keçib.

Maraqlıdır, bu görüşdən hansı tərəf daha güclü çıxıb?

Cebhe.info-ya açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ və Şimali Koreya arasında əldə olunan razılaşmadan Birləşmiş Ştatların güclü çıxdığını deyib:

“ABŞ hələlik kağızda da olsa Şimali Koreyanı nüvədən imtina etməyə razı saldı. Şimali Koreya “siyasi açılım”a getsə ABŞ bu ölkədə istədiyinə tam nail olacaq. Necə ki, vaxtı ilə SSRİ də nail oldu. SSRİ Şimali Koreya, İran kimi dövlət quruluşlu reşimlər açılım edən kimi çökürlər. Şimali Koreyanı əlinə alsa ABŞ Uzaq Şərqdə Çinin və Rusiyanın qarşısında güclü mövqeyə nail olacaq”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений