Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Korrupsiyanı yaradan səbəblər: “Normal əmək haqqıalmayan həkim, müəllim...” - MÜSAHİBƏ



Korrupusiya ilə mübarizə günümüzün aktual məsələlərindəndir.Qlobal problemə çevrilmiş korrupsiya ilə mübarizədə hakimiyyət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin üzərinə də böyük vəzifə düşür.Korrpusiyanı yaradan səbəblər hansılardır?Bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?Suallarımızı Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Nicat Nəzərov cavablandırır.

-Nicat bəy, ümumiyyətlə, korrupsiyaya insan hüquqlarını pozan faktor kimi yanaşmaq olarmı?  
- Bu anlayışlar bir-birilə sıx bağlıdır. Korrupsiya  avtoritar cəmiyyətlərdə daha çox inkişaf edir. İnsanların şəxsi maraqları və varlanmaq hissləri məcbur edir ki, başqalarının haqqına girsin. Süründürməçiliyi artırır, insanları bezdirir, problemlərin həllini çətinləşdiririlər ki,  yalnız bir yol qalsın:rüşvət. Elə bir durum yaradırlar ki,  “Rüşvət verib işini həll etmək” mexanizmi  işə düşür. Rüşvət ağır “xəstəlik”dir. Cəmiyyət alışdıqca bu “xəstəlik”dən yaxa qutarmaq çətin olur.Məmur rüşvət aldıqca daha çox varlanmaq hissi formalaşır və başqalarının haqqına girir. Qanunla vətəndaşa xidmət etməli olduğu halda, onu incidir,  rüşvət verməyə vadar edir. Bəzən insanlar düşünür ki, bu qədər çətinliklərə qatlanmaqdansa, pulumu verib işimi aşırım.Çox təəssüf ki, bizim cəmiyyət bu çətin sağalan xəstəliyin qurbanına çevrilib.Bir sözlə, korrupsiya olan cəmiyyətlərdə insan hüquqları kütləvi pozulur.

-Korrupsiyaya əsasən hansı sahələrdə daha çox rast gəlinir? 
- Bilirsiniz, əgər ölkədə rüşvət və korrupsiya varsa, demək bu bütün sahələrdə öz əksini tapacaq. Bir sahədə rüşvətin olub, digər sahədə olmaması mümkünsüzdür.Korrupsiyaya bulaşmış cəmiyyətlərdə məmurlar, ancaq insanlardan rüşvət almaq üçün hansı imkanların olduğunu düşünürlər.Azərbaycanda da müəyyən sahələrdə, bəzi sturkturlarında korrupsiya var. Sadəcə, bu korrupsiyanın həcmi, həmin dövlət strukturunun və həmin vəzifəli şəxsin tutduğu vəzifə ilə əlaqədardır.Məsələn, vergi, səhiyyə, təhsil sahələrində daha böyük rüşvətdən söhbət gedir.Ən qorxulusu odur ki, təhsil sahəsində rüşvət dərin kök atıb.Bu zaman millətin gələcəyinin təhlükədə olmasından söhbət gedir.Vergi məmurları da sahibkarlığı şikəst edir, sahibkarların qazandıqlarının demək olar ki, əksər hissəsini əllərindən alırlar.Səhiyyədə korrpusiya baş alıb gedir, sadə vətəndaşlar adi müayinə belə oluna bilmirlər.Ancaq bu durumu yaradan obyektiv səbəblər də var. Bu gün Azərbaycan müəllimi və həkimlərinin aylıq əmək haqqı 150 manatdır.Halbuki, bu həmin müəllimin aylıq kommunal xərclərini belə ödəmir.Mövcud şərait həm də həmin mütəxəssisin öz peşəkarlığına, ixtisalaşmasına da mənfi təsir göstərir.Normal əmək haqqı almayan məmur bütün enerjisini öz məsləyinə sərf edə bilmir.Çünki, sosial problemlər onu sıxdıqca peşəkarlaşmaqdan uzaqlaşır.

“Cümhuriyət”

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений