Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kreml Ağ Evə plan verdi: Rusiyanın barışıq TƏKLİFİ



Donald Tramp prezident seçildikdən sonra Rusiya iki ölkə arasında münasibətləri tənzimləmək üçün plan təqdim edib.

Cebhe.info xəbər verir ki, planın varlığı barədə  BuzzFed Ağ Evdəki mənbəyə əsasən yazıb.

Redaksiyaya təqdim edilən sənədlər planın varlığını göstərir. Plan əlaqələrin tamamilə bərpa edilməsi və kəşfiyyat orqanları arasında əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlıq Suriya və Ukraynadakı durumla bağlı pozulub.

Planda bunlar yer alıb: İlk mərhələdə 2017-ci ilin mayına qədər Putinin xüsusi nümayəndəsinin kibertəhlükəsizliklə bağlı amerikalılarla görüşü, Ukrayna böhranı ilə bağlı məsləhətləşmə, Şimali Koreya və İranla bağlı müzakirə . İkinci mərhələdə kəşfiyyat xidməti və təhlükəsizlik orqanları rəhbərlərinin görüşü.

Korneqi Fondunun vitse-prezidenti Endryu Veys sənədi "yol xəritəsi" adlandırıb.

 Xatırladaq ki, plan Ağ Evə Trampın hakimiyyətinin 3 ayında təqdim edilib.

Xəzər

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений