Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kremldən Ağ Evə sərt TƏPKİ: “Yolverilməzədir”



Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada keçirdiyi son hava hücumuna reaksiya verib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov ABŞ liderliyindəki koalisiya qüvvələrinin İordaniya sərhədindəki El- Tanfda Bəşər Əsəd ordusuna qarşı təşkil etdiyi hava hücumu ilə bağlı olaraq "Bu, qətiyyən qəbul edilə bilməz. Müzakirə mövzusu olan hücum Suriyanın suverenliyinin pozulmasıdır. Bundan əlavə, siyasi münasibətlərə də kömək etməyən bir addımdır" ifadələrini işlədib.

"Bu, heç bir çərçivəyə sığmayan bir hərəkətdir" deyə bildirən Qatilov bunları söyləyib: "Suriyada gərginliyin artmasına səbəb olan hər hərbi hərəkət şübhəsiz ki, Astana, ya da Cenevrə siyasi proseslərinə təsir edir. Xüsusilə də, Suriya ordusuna qarşı təşkil edilən tədbirlər".

Suriya Müdafiə Nazirliyi ABŞ liderliyindəki beynəlxalq koalisiya təyyarələrinin "Suriya ordusuna aid bir nöqtəyə" hücum təşkil etdiyini qeyd edib. Suriya rəsmi xəbər agentliyi SANA-ya məlumat verən Suriya Müdafiə Nazirliyinin səlahiyyətlisi ABŞ liderliyindəki koalisiya qüvvələrinin ölkənin cənubundakı El- Tanf qəsəbəsinə hücumu ilə əlaqədar açıqlama verib. Hücumu qınadıqlarını ifadə edən səlahiyyətli koalisiya qüvvələrinin açıqladığı kimi "qarşıdurma olmayan bölgəyə girən hərbi avtomobillərin" deyil, bölgədəki "hərbi nöqtələrdən birinin" hədəf alındığının vurğulayıb. Səlahiyyətli "ABŞ liderliyindəki koalisiya qüvvələrinin El -Tanfdaki hücumunun səbəbləri qəti olaraq qəbul edilə bilməz və koalisiyanın gerçək hədəfini göstərib", deyə vurğulayıb. 

Məcid Həsənli 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений