Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kremlin incə siyasəti - Bu bölgəni Putindən alır



“ABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir”. 

Tramp bu ilin yanvar ayında Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, vurğulayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyayevi Ağ Evə dəvət etdi. Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb: “Digər tərəfdən ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir. Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır. Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdılar.

Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu hər iki dövlətin təbii haqqıdır. Çünki, bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdılar. Bundan sonra Pentaqon Qazaxıstanla yanaşı Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək”. 

Politoloqun qənaətincə, ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: “Çünki, biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений