Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kukla teatrında tamaşaçılar oturmağa yer tapmır?  – Teatrdan AÇIQLAMA



Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənan redaksiyamıza zəng edərək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə bağlı şikayətini ünvanlayıb.

66 yaşlı tədqiqatçı bildirib ki, tez-tez nəvəsi ilə birgə bu teatra gedir. Lakin gördüyü bir mənzərə onu narazı salır. Şikayətçinin sözlərinə görə teatrda yerlər dolu olduğu üçün ayaqüstdə tamaşa izləyənlər olur. A.Kənan həmçinin onu da vurğulayıb ki, salonun arxa hissəsində valideynlərin yaratdıqları səs-küy tamaşanı izləməyə mane olur:

“Biletlər yerlərin sayına adekvat olsun. Yer yoxdursa, tamaşanı bir neçə senasda keçirtsinlər. Belə olmaz”.

Məsələylə bağlı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova Cebhe.info-ya açıqlama verərək məsələyə aydınlıq gətirib: 

Tamaşalarda heç bir uşaq ayaq üstdə qalmır.

“Teatrımız uşaq və yeniyetmələrin davamlı olaarq müraciət etdiyi bir məkandır. Uşaqlarla yanaşı valideynləri də tamaşalar gəlir. Bilet almasalar belə, yer olduğu halda onlara etiraz edərək oturmayın, tamaşanı izləməyin demirik. Tamaşalarımızda anşlaq olur. Əlillər Günü ilə əlaqədar olaraq da xeyriyyə tədbirləri təşkil etdik. Bir neçə uşaq evləri, internat məktəblərindən əlil uşaqlar teatrımıza təşrif buyurmuşdur ki, onların da sayı 130-dan artıq idi. Əlil uşaqları bir və ya bir neçə şxəs müşayiət edirdi. Lakin dediyiniz halla qarşılaşmamışıq. Bizə daxil olan şikayətlər biletlərin olmaması ilə əlaqədar olub. Elə valideynlər var ki, nəzarətçimizi, hətta kassada olan işçimiz təhqir edir ki, teatra gəlmişəm, niyə bilet yoxdur. Belə olan hallarda bəzən onlara müəyyən yerlərdə yer ayırırıq. Bu da əlbəttə, zalımızın ümumi görünüşünə xələl gətirir. Çalışırıq ki, həmin şəxslər sırf 200 nəfərlik zalımızda əyləşdirək. Biz yerdən artıq bilet satmırıq. Biletin qiyməti 3 mantdan başlayır. Tamaşaçıdan teatra, övladlarına sayqı görmək istəyirik. Tamaşa salonundan kənarda gözəl binamızda gözləmə zalımız var. Nədənsə, nənə-baba, ana – atalarımız israr edirlər ki, onlar da zalda əyləşəcəklər. Onlara izah edirik ki, ön hissələr uşaqlar, arxa hissələr isə onları müşayiət edən valideynlər üçündür. Olur ki, nənə israrla deyir ki, 3-cü sırada oturacağam. Bu nənə ondan arxada oturan uşaqların tamaşanı izləməsinə mane olur. Yneə də tetarımıza böyük marağın olması uğurumuzdur. İnsanlar teatrımızda oturmağa yer tapa bilmirsə, bu elə teatra gələn yoxdur deyənlərə, gözəl cavabdır”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений