Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kürd “komandir” Moskvadan əliboş qayıdıb - “RUSLARDAN XƏYANƏT”



Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı kürd silahlıları çətin vəziyyət qarşısında qoyub. Bölgədəki YPG-nin "komandiri" Sipan Hemo ingilis mediasına açıqlamasında "Rusiya Türkiyənin Afrinə girməsinə icazə verərək kürdlərə xəyanət etdi",-deyib.

“Şark el Awsat” qəzetinə açıqlamasında "komandir" rəsmi Dəməşqlə danışıqlarda Rusiyanın vasitəçiliyinə ehtiyac olmadığını bildirib: "Birbaşa əlaqəmiz var. Dəməşq hökuməti bizə hər cür dəstək sözü verdi, ancaq rusların buna icazə vermədiyini deyir". 

3 gün əvvəl Rusiyaya səfər etdiyini deyən "komandir" ordan əliboş qayıdıb: "Rusiya Baş Qərargah rəisi və rus kəşfiyyatının rəsmiləriylə görüşdüm. Baş Qərargah rəisi "Türkiyə sərhəd təhlükəsizliyini müdafiə etmək haqqına malikdir" dedi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений