Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kürd gündəmində ŞOK gəlişmə: Bərzani ilə PKK anlaşdı?



Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi (ŞİKMR) (2017-ci ilin ilk 6 ayında neft ixracından təxminən 3 milyard 328 milyon ABŞ dolları gəlir əldə edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə məlumat beynəlxalq audit şirkəti olan “Deloitte”-nin hesabatında yer alıb. Bildirilir ki, Ərbil rəhbərliyi keçən ilin ilk 6 ayında Kərkük də daxil olmaqla öz bölgəsindəki quyulardan ayda 550 min barel nefti Kərkük - Ceyhan boru kəməri vasitəsilə ixrac edib. Bir barel nefti təxminən 40 dollara satan ŞİKMR-ın 2017-ci ilin yanvar-iyun aylarındakı neft gəlirinin 3,3 milyard dollar olduğunu qeyd edilib.

Hesabatın yayılmasından dərhal sonra Türkiyə KİV-lərində bununla bağlı sensasion iddialar yer almağa başlayıb. Türk mənbələrin iddialarına görə son aylarda neft satışından gəlirlərini yenidən artıran regional kürd rəhbərliyi bu maddi vəsaitlərdən PKK və YPG kimi kürd terror təşkilatlarının silahlandırılmasına pay ayırmaq barədə qərar verib. Qeyd edilir ki, keçən ilin sentyabr ayında Şimali İraqda keçirilən müstəqillik referendumundan sonra rəsmi Bağdadla münasibətləri tamamilə gərginləşən Məsud Bərzaninin rəhbərlik etdiyi regional hökumətin PKK və YPG ilə münasibətlərinə yenidən baxmağa başlayıb. Referendumdan sonra İraq hökuməti ilə yanaşı, ABŞ və Avropa İttifaqı ilə də münasibətdə gərgin dönəmlər yaşayan və bundan sonra müttəfiq axtarışına çıxan Ərbilin vaxtilə özünə rəqib kimi gördüyü kürd terror təşkilatları ilə əməkdaşlıq etməyə başladığı da iddialar arasındadır.

Bərzani niyə geri addım atdı?

Məlumdur ki, 1990-cı illərdən PKK və Bərzani qüvvələri arasında Suriya və İraqda yaşayan kürd bölgələri üzərində yeganə güc olmaq uğrunda açıq savaş gedir. Şimali İraqda keçirilən referendum Bağdad və Qərb tərəfindən tanınacağı halda Bərzani bu istəyinə nail ola bilərdi. Lakin referendumun narazılıqla qarşılanması və İraq parlamenti tərəfindən tanınmaması, Məsud Bərzaninin bu planının üzərindən xətt çəkdi. PKK və PYD, yaxud YPG də Ərbilə qarşı ən sərt mövqedə dayandılar. Beləliklə, Qərb və İraq hökumətindəki müttəfiqlərinin dəstəyindən məhrum olan Bərzani hökuməti digər yandan, ən ciddi təhlükə - PKK və YPG kimi iri silah cəbbəxanalarına malik terror təşkilatları ilə meydanda tək qaldı. Nəticədə həm öz hakimiyyətini qorumaq, həm də əlavə təhlükələrdən sığortalanmaq istəyən Məsud Bərzani sonda PKK və YPG ilə işbirliyinə getməyə məcbur oldu.

PKK və Ərbilin ortaq planı

Tərəflər arasında fikir ayrılığı yaradan bir sıra məsələlərin həllində də anlaşmanın olduğu bildirilir. Həmin anlaşmaya görə Şimali İraq - Şimali Suriya xəttində yerləşən kürd bölgələri arasında rabitəli əlaqə qurulmadan referendum məsələsinə qayıdılmayacaq və bu vaxta qədər tərəflər əməkdaşlığı davam etdirəcəklər. PKK bura qədər Ərbilə qarşı o fikri müdafiə edirdi ki, referenduma təkcə Şimali İraqda yox, dünyanın ayrı-ayrı yerlərində və Suriyada yaşayan bütün kürdlər qərar verməlidirlər. Bərzani isə PKK-nın bu tələbini gözardı edərək, referendum keçirdi və bu təşkilatı prosesdən kənarda saxladı. PKK digər yandan kürdlərin dövlət formasında birləşməsinədək Şimali İraqdakı muxtariyyət modelinin qalmasını müdafiə edirdi. Artıq Ərbildə PKK liderləri ilə bir masa arxasında əyləşməyə məcbur olan Məsud Bərzani bu tələbi də qəbul edib.

Proses kürdlərin dövlət formasında birləşməsi istiqamətində inkişaf edəcəyi halda, qurulacaq kürd dövlətinin PYD, YPG və Bərzani qüvvələrini özündə birləşdirən koalisiya hökuməti tərəfindən idarə ediləcəyi də anlaşmaya daxil edilib. Şimali Suriyadakı 30 minlik YPG silahlı qüvvələrinin ABŞ-ın nəzarətinə keçməsinin də PKK və Ərbil arasında anlaşmanın əldə edildiyi vaxta təsadüf etməsi də o ehtimalı təsdiqləyir ki, artıq bölgədə yaşayan bütün kürd qüvvələri birgə hərəkət trayektoriyası seçmək barədə razılığa gəliblər. Bu baxımdan, Şimali İraqda keçirilən referendumun bu günədək biri-birinə əks mövqedə dayanmış kürd birliklərini birləşdirmək üçün ortaya atılmış layihə olduğuna şübhə yeri qalmır.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений