Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kürd terrorçularının cəbbəxanasından çıxan silahlar: Siyahıda kimlər var?



ABŞ prezidenti Donald Tramp PYD terrorçularına silah göndərməyəcəyi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi vədə xilaf çıxıb.Belə ki, ABŞ Afrindəki PYD silahlıların son 20 gündə 3-cü dəfə hərbi yardım göndərib.Bununla bağlı Pentaqon məlumat yayıb.Bu dəfə PYD-yə göndərilən silahlar arasında "TOW" tipli antiraket sistemləri üstünlük təşkil edib.Məlumatlara görə, Türkiyənin həyata keçirdiyi “Fərat Qalxanı” Hərəkatı zamanı PYD silahlılar türk ordusuna qarşı bu sistemlərdən mütəmadi şəkildə istifadə edib.

ABŞ terrorçu təşkilata hərbi yardım göndərən dövlətlərin görünən simasıdır.Bəs, terrorçulara hərbi yardım göstərən görünməyən ölkələr hansıdır?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG gücləri ilə, eyni zamanda İŞİD-dən qalan tör-töküntülərlə işləyəcək yeganə dövlət ABŞ-dır:

“Ona görə də növbəti il üçün büdcədə 500 milyon dollar əlavə vəsait nəzərdə tutulub. Bu fakt onu göstərir ki, ABŞ-ın Suriya və Yaxın Şərqlə bağlı konkret planları var. Bu gün Suriyanın şimalında fəaliyyət göstərən bütün terrorçu ünsürləri silahlandırıb idarə edən tək ölkə ABŞ-dır.Doğrudur, ABŞ-ın rəhbərlik etdiyi bu koalisiyada onların müttəfiqi olan Avropa Birliyi (AB) ölkələri də iştirak edir.AB ölkələrinin terrorçulara, xüsusilə də PYD/YPG kürd güclərinə verilən silahın təxminən 30 faizini təmin edirlər.Bu, bir çox beynəlxalq QHT-lərin hesabatlarında da göstərilir ki, hazırda terrorçu ünsürlərdə olan silahların 30 faizi AB tərəfindən təchiz olunur.Digər tərəfdən, bu terrorçu qruplarda mövcud olan silahların yarısından çoxu Rusiya və Çin dövlətinə məxsusdur. Bu kontekstdə AB-dən silah alan Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri də var ki, onlar bu silahları qadağan olunmuş olsa da, Avropa ölkələrindən alıb terrorçu qruplara ötürürlər. Bir şeyi dəqiq bilmək lazımdır ki, hazırda Suriyada mövcud olan terrorçu qrupların silahla təminatı məsələsində ABŞ dominant rol oynayır.Bu gün ABŞ-ın bilmədiyi və təchiz etmədiyi heç bir sahə yoxdur.Hesab edirəm ki, əgər silahlandırma məsələsi danışılırsa, təbii ki, bu məsələnin başında ilk növbədə ABŞ durmalıdır.Onu da nəzərə almaq lazımdır ki, hazırda ABŞ terrorçu qrupları silahla təmin edəndə təkcə öz istehsal etdiyi silahlarla üstünlük vermir.Hətta Rusiya istehsalı olan “Kalaşnikov” kimi avtomatların verilməsi də ABŞ dolları ilə mümkün olur.Amerika bir növ Avropadan, Çindən və Rusiyadan alınmış silahları terrorçulara ötürməklə bilavasitə özünün dominant rolunu oynamaqda davam edir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений