hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

La Liqa: ”Barsa” yenə büdrədi

La Liqa: ”Barsa” yenə büdrədi

Dünən futbol üzrə İspaniya çempionatında 23-cü turun qalan oyunları keçirilib. 

Cebhe.info xəbər verir ki, çempionatın lideri “Barselona” səfərdə “Atletik Bilbao” ilə qarşılaşıb. Kataloniya klubu 13-cü yerdə qərarlaşan “Atletik”in müqavimətini qıra bilməyib. Oyunda hesab açılmayıb. “Valensiya”-“Real Sosyedad” oyunu da bu hesabla başa çatıb. “Sevilya”-“Eybar”qarşılaşması  da sülhlə başa çatıb: 2-2. “Leqanes” öz meydanında “Real Betis”i məğlub edib: 3-0. “Jirona” ö meydanında “Ueska”ya uduzub: 0-2.

Bu turdan sonra lider  “Barselona” 23 oyundan 51 xalla liderdir. İkinci yerdə 45 xalla “Real” Madrid gəlir. “Kral klubu” da 23 oyun keçirib. Əzəli rəqiblər arasında cəmi 6 xal fərqi yaranıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 215