hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

“Ailə institutu zəifləyirsə, ölkə də zəifləyir” - Mehriban Zeynalova

“Ailə institutu zəifləyirsə, ölkə də zəifləyir” - Mehriban Zeynalova

Azərbaycanda boşanma hallarının artması və köklü ailələrin dağılması bu sahədə problemlərin qalıcılığından xəbər verir. 

Reallıq ondan ibarətdir ki, son illər ailə institutu sıradan deformasiyaya məruz qalır. Bu problemi artıq rəsmi qurumlar da dilə gətirir. Amma qarşısının alınması üçün əməli iş görülmür.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hesab edir ki, ailələrin kökü araşdırılmalıdır. Bu məsələdə müəyyən problemlər var. Təəssüflər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi problem olaraq qalan ailə institutunun qorunması və deformasiyaya uğramaması üçün heç bir addım atmır.

Sadəcə kağız üzərində qalan boş bəyanat və çıxışlarla işini bitmiş sayır. Problem isə dərinləşir və həlli mümkünsüz həddə çatır.

Bəs, bu problemi necə yoluna qoymalı, konkret nə addımlar atılmalıdır?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında deyib ki, problemlə bağlı zaman-zaman davam edən çıxışlar, bəyanatlar fayda verməyəcək:

“Artıq konkret addımlara başlanılmalıdır. Ailə institutu ölkənin stunudur. Ailə institutu zəifləyirsə, ölkə də zəifləyir. Ailə möhkəm olsa, ölkə də möhkəm olacaq. Biz də bu, məsələdən çox narahatıq. İllərdir təklif edirik ki, tam fərqli mütəxəssislərin iştirakı ilə böyük və davamlı görüşlər təşkil olunmalıdır. İdeoloji, dini, mill və digər sahələrin mütəxəssisləri toplanmalı, müzakirələr aparılmalı və ortaya iş qoyulmalıdır. Biz dəyərlərimizi niyə itiririk? Çünki köhnə ilə təzə arasında qalmışıq. Buna səbəb informasiya çoxluğunun, iqtisadi dəyişikliyin, zamanın tələb etdiyi yeni davranış normalarının mövcudluğudur. Müasir Avropa qanunları ilə idarə olunuruq deyə bunu nəzərə almalıyıq. Artıq geri dönə bilmərik. Əgər narahatıqsa, bir yerə toplanmalıyıq və bu toplantı mütəxəssislərin “döyüş mərkəzi”nə çevrilməlidir.

Burada yalnız görüş və çıxışlar deyil, beyin hücumları, məntiqi təhlillər aparılmalıdır. Hər regionun vəziyyəti təhlil olunmalıdır. Ortaya çıxan nəticəni əvvəlcə hansısa regionda sınaq olaraq tətbiq etmək lazımdır. Yaxud da mütəxəssislərin, sosial işçilərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ailələrin sosial rifahı yaxşılaşdırılsın, ailələr üçün sosial proqramlar nəzərdə tutulsun. Boşanmalar üçün xidmət paketləri təqdim olunmalı, onlar özbaşına buraxılmamalıdır. Bu sosial proqramlardan gənc ailələr heç olmasa 5 il müddətinə yararlanmalıdır. Amm bu işlərin görülməsi üçün real ideoloji mərkəz yaranmalıdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 359