hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

“Güneyin azadlıq mübarizəsini dəstəkləyirik” - AXCP rəsmisi

“Güneyin azadlıq mübarizəsini dəstəkləyirik” - AXCP rəsmisi

Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqib və təzyiqlər davam edir. 

25 gündən artıqdır ki, Milli Hərəkat fəalı Abbas Lisani hökumət qüvvələri tərəfindən oğurlanıb. Onun son durumu barədə ailəsinə heç bir məlumat verilmir. Abbas Lisani ilə bağlı yaranmış vəziyyət ciddi narahatlıq  doğurur. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında İran rejiminin milli  fəallara qarşı repressiya siyasətini gücləndirdiyini bildirib. Onun fikrincə, güneyli soydaşlarımızın azadlıq mübarizəsinə dəstək verməli, Abbas Lisani və  digər siyasi məhbuslarla bağlı müdafiə kampaniyası genişlənməlidir: 

“Təbrizdən həyəcanlı xəbərlər gəlir. Güney Azərbaycanda Milli Hərəkatı boğmaq üçün repressiyalar gücləndirilir. Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqqını tələb edən Abbas Lisaninin həbsini pisləyir, soydaşlarımızın azadlıq mübarizəsini dəstəkləyirik”.

Aydın
Cebhe.info


Oxunma sayı: 334