hava haqqinda Bakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9270
  • NEFT - $ 66.97
  • clouds-weather

“Real Madrid” bu futbolçu üçün 45 milyon avrodan keçməyə hazırdır

“Real Madrid” bu futbolçu üçün 45 milyon avrodan keçməyə hazırdır

Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Luka Yoviç "Real Madrid" komandasının maraq dairəsinə düşüb.

Milli.Az  bildirir ki, "kral" klubu "Ayntraxt"a ilk təklifini (45 milyon avro) göndərib. "Real Madrid" klubunun əzəli rəqibi "Barselona" da gənc hücumçunu heyətə qatmaq marağındadır.

Futbolçu cari mövsümün əvvəlində Portuqaliyanın "Benfika" klubundan "Ayntraxt"a icarə əsasında keçib. Bosniya və Herseqovinadan olan 21 yaşlı hücumçunun dəyəri 6-12 milyon avro arası qiymətləndirilir.

Cari mövsüm Yoviç Almaniya çempionatında 25 oyuna 14 qolla yadda qalıb.

"Real Madrid" klubu ilə yanaşı, Yoviçlə "Barselona" və "Bavariya" da yaxından maraqlanır.

Cebhe.info


Oxunma sayı: 142