Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Lempard: "Həvəskarlar Liqasında "Qarabağ"dan daha yaxşı komandalar tapa bilərsiniz"



Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" təmsilçimiz "Qarabağ"ı 6:0 hesabı ilə məğlub edib.
 
Cəbhə.info xəbər verir ki, London klubunun sabiq futbolçusu və hazırda "BT Sport" kanalının eksperti olan Frenk Lempard oyunla bağlı danışıb. 

39 yaşlı mütəxəssis "Çelsi"nin qələbəsini şərh edib:
 
"Hazırda komandanın çox geniş heyəti var. Kontenin tək hədəfi Çempionlar Liqası və Premyer Liqa deyil. O, Liqa kubokuna və FA kubokuna da qarmaq ata bilər. Bu titulları əldə etmək üçün kifayət qədər yaxşı komanda var. Lakin "Qarabağ"a qalib gəlmək hər şey demək deyil. Meydanda sanki iki komandadan biri qılıncsız idi. Erkən qoldan rəqib qorxdu. "Qarabağ" müdafiə xəttində çox zəif idi. Həvəskarlar Liqasında (Sunday League) arxa xətti "Qarabağ"dan daha yaxşı olan komandalar tapa bilərsiniz".
 
Qeyd edək ki, Lempard 2001/14-cü illərdə "Çelsi"də çıxış edib.

Cəbhə.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений