Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var



Lənkəranda kütləvi dava olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.

Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 1958-ci il təvəllüdlü Azər Ağabala oğlu Musayev və digər bir sürücü, 1970-ci il təvəllüdlü İslam İsa oğlu Hüseynovla sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb.

Mübahisə sonradan davaya çevrilib. Nəticədə A. Musayev və İ. Hüseynov sərnişin tərəfindən döyülüb.

Onlar xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений