Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Liviya qoşunları aviasiya bazasını azad etdi – 60 nəfər öldü



Liviya hərbi qüvvələri üsyançı rejimin nəzarəti altında olan Brək əl-Şəti hərbi aviasiya bazasına hücum edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı yaranmış qarşıdurma nəticəsində azı 60 nəfər öldürülüb.

Sözügedən hərbi baza general Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusunun nəzarəti altında idi. Ən çox itki verən tərəf də məhz bu qruplaşma olub.

Hərbi bazanın azad edilməsində Misrata hərbi qüvvələri fəal iştirak ediblər.

Liviyanın qərb fraksiyası beynəlxalq səviyyədə tanınan hökumətə bağlı qüvvələrdir. May ayının əvvəlində Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi baş nazir Fayez əl-Sərrac bölgədə atəşkəs elan olunması üçün Xəlifə Həftərlə qeyri-rəsmi razılaşma əldə etmişdi. Razılaşma ölkədə daha geniş siyasi və hərbi stabilliyin bərpa olunacağı ümidlərini doğurmuşdu.

Şəhər meri İbrahim Zami əməliyyatların amansızca icra olunduğunu deyib. Onun sözlərinə görə, əməliyyatlar zamanı bir neçə təyyarə də yandırılıb.

Liviyada 2011-ci ildə sabiq prezident Müəmmər Qəddafi rejimi devrildikdən sonra müxtəlif siyasi qruplar arasında hakimiyyət uğrunda mübarizə başlamışdı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений