Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lombardlar bankların gəlirinə BU YOLLA şərik çıxır



Banklar kredit siyasətinə məhdudiyyətlər tətbiq etdikdən sonra lombardlar aktiv fəaliyyətə başlayıb.Belə ki, müştəriləri cəlb etmək üçün müxtəlif cəlbedici təkliflərlə çıxış edirlər. Artıq paytaxtın bəzi ərazilərində aylıq 3-4 faizlə lombard krediti təklif olunur ki, bu da eyni təyinatlı bank kreditləri ilə müqayisədə xeyli aşağıdır. Qeyd edək ki, hazırda banklar krediti 25-28 faizlə təklif edir.

Maraqlıdır, lombardların ucuz kredit siyasətinin arxasında nə dayanır?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, lombardlar prinsipcə bankların yerini tutmaq istəyir:

“Məlumdur ki, vətəndaşların banklardan kredit alması çətinləşib. Birinci, ona görə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların xarici valyutada kredit verməsini qadağan edib.Bu, tamamilə düzgün qərardır.Digər tərəfdən bankları məcbur edib ki, vətəndaşların rəsmi gəlirini müəyyən etsin.Həmin gəlir də aylıq yaşayış minimumunun üç mislindən çox olmalıdır.Banklar kredit verə bilmədiyinə görə lombardlar aktivləşib.Amma təbii ki, lombardların da verdiyi kredit öz pulları deyil. Yəni, lombard sahiblərinin o qədər pulu yoxdur. Onlar həmin pulu əsasən banklardan götürürlər. Lombard sahiblərinin bəzi banklarla işbirliyi var. Əksər hallarda vətəndaşların lombarda qoyduğu qızılları lombard da banka qoyur və iri məbləğdə kredit götürür. Tutaq ki, lombard bankdan manatla krediti 30 faizdən bir qədər aşağı götürür, onu da vətəndaşa illik 48 faizdən verir. Bunu da aya böləndə 4 faiz edir.Çox vaxt lombardlar krediti dollarla verir.Faktiki olaraq bu fəaliyyətin özü qanunsuzdur.Birinci ona görə ki, əslində lombardlar öz pulu ilə kredit verməlidir.Yəni, lombardların bankdan kredit götürməyə ixtiyarı yoxdur.Çünki bir nəfərdən pul alıb, onun üstünə faiz qoyub başqasına vermək artıq bank fəaliyyətidir.Bank fəaliyyətinin mənası budur ki, bir nəfərdən aşağı faizlə borc götürüb digərinə yuxarı faizlə verməkdir.Bu fəaliyyət də lisenziyalaşdırılan fəaliyyətdir.Buna görə də lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur”.

Hüquqşünas lombardların fəaliyyətinin digər qanunsuz tərəfinə də toxunub: “Lombardlar vətəndaşın verdiyi qızıl-zinət əşyalarını onların razılığı olmadan banka qoyur. Təəssüf ki, lombardların fəaliyyətinin üzərində dövlət nəzarəti yoxdur.Onlar da bundan sui-istifadə edirlər.

Bankların milli valyutada kreditləri orta hesabla 25 faizdən başlayır.Mərkəzi Bank banklara krediti 15 faizdən verir.Kommersiya bankları da üzərinə ən azı 10 faiz qoyur.Bəzi banklar daha çox faiz tətbiq edir.Vətəndaş istəyər ki, krediti bankdan götürsün.Bankdan götürə bilmədiyinə görə məcburdur ki, lombarda üz tutsun. Əslində lombard vətəndaşdan qızıl-zinət əşyasını ucuz qiymətə qəbul edir. Tutaq ki, 1000 manatlıq qızıl əşyasına görə 300-400 manat verir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений