Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Londonda ticarət əməliyyatlarında neft dəyər itirib



Gələn həftə keçirilməsi gözlənilən OPEC toplantısından əvvəl iki həftə ardıcıl olaraq neftin qiymətlərində enmə müşahidə olunur.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, tərəfdaşlar və OPEC üzvləri ilə birlikdə hərəkət edən ixracatçılar neft tədarükünü artırıb-artırmayacağını qiymətləndirirlər.
Brent markalı neftin qiyməti cümə günü çox dəyişməsə də, proqnozlara görə həftəlik 0,8 faiz düşməyə hazırlaşır. Səudiyyə Ərəbistan neft naziri Xəlif Əl-Falih, OPEC-in iyunun 22-də keçiriləcək iclasında məhsul istehsalını tədricən artırması istiqamətində qərar verilməsinin qaçınılmaz olduğunu deyib.

Bunun əksinə olaraq İran, İraq və Venesuela istehsalın artmasına qarşı çıxır. ABŞ-ın fyuçersləri isə mart ayından etibarən ən sərt eniş qeydə alınıb. Lakin həftə ərzində 1,8 faizlik artım müşahidə edilib. ABŞ və Avropa bazarlarında neft qiymətləri arasındakı fərq daralır.

London birjalarında Brent markalı neft 75.89 dollardan alıcılara təklif olunub. ABŞ-da əməliyyat edilən WTI neftinin iyul ayı müddətində bir bareli 66,90 dollardan ticarət edilib. Proqnozlara görə ABŞ nefti bir ay əvvəldən həftəlik artıma hazırlaşır.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений