Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lui van Qal “Fənərbağça”da?



Dünya şöhrətli futbol mütəxəssisi hollandiyalı Lui van Qal “Fənərbağça” ilə danışıqlar aparmaq üçün İstanbula gəlir.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, onu İstanbula klub rəhbərliyi dəvət edib.

Van Qal dünən axşam Amsterdam hava limanında görüntülənib.

Qeyd edək ki, prezident dəyişikliyindən sonra klub baş məşqçi axtarışlarını sürətləndirmişdi. Bir neçə yerli və xarici məşqçilərlə danışıqlar aparılmışdı. Görünür yeni prezident Ali Koç artıq qərarını verib. Xatırladaq ki, Lui van Qal “Ayaks”, “Barselona”, “Az Akmaar”, “Bayern Münhen” klıublarını çalışdırıb. UEFA Çempionlar Liqasının, Avropa Liqasının, Avropa Super kubokunun sahibi olub. 2014-cü ildə Hollandiya milli komandasının sükanı arxasına dünya üçüncüsü olub. 

Onun son iş yeri “Mançester Yunayted” olub. Ünlü çalışdırıcı bu klubla 2016-cı ildə  yollarını ayırıb.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений