Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lütfi Zadənin nəşi gələn həftə Bakıya yola salınacaq



Xəbər verildiyi kimi, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabr ayının 6-da dünyasını dəyişib.

Alimin arzuna müvafiq olaraq, onun nəşi dəfn edilmək üçün Azərbaycana gətiriləcək.

AzərTAc-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq. 

Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений