Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lütfizadənin qeyri-səlist məntiq nəzəriyyəsi: Dəsrliklərə salına bilər?



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə orta məktəblərdə riyaziyyat fənninin tədrisində bəzi məsələlər tətbiq edilmədiyini bildirmişdi. 

M.Abbaszadənin sözlərinə görə 1-ci sinifdən etibarən riyaziyyatın tədrisində statistikanın əsasları, ehtimal nəzəriyyəsi kimi məsələlər yeni kurrikuluma daxil edilib:

M.Abbaszadə yaranan bu probleminin nədən qaynaqlanması haqda danışarkən bildirib ki, məktəblərdə dərs deyən müəllimlər vaxtilə ali məktəbdə, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində nə statistikanın əsaslarını, nə də ehtimal nəzəriyyəsini keçiblər. Sitat: “Riyaziyyat cəbr və həndəsə deyil. Riyaziyyatın müxtəlif istiqamətləri və nəzəriyyələri var. İndiki dövrdə riyaziyyat çox aktualdır. İndi yeni növ sahələr orta məktəb proqramlarına daxil edilib. Bu normaldır və bu, bütün dünyada belədir. Ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir ki, məzun həmin proqramla məktəbə gələ bilsin”.

Maraqlıdır, yeni sahələr dedikdə, dünyaca məşhur azərbaycanlı alim Lütfizadənin də müəllifi olduğu qeyri-səlis məntiq nəzərəiyyəsi nəzərdə tutula bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri, Nobelə namizədliyini irəli sürmüş Sərdar Cəlaloğlu Bu haqda Cebhe.info-ya açıqlamasında danışıb. Bildirib ki, orta məktəblərdə məntiqin bir elm kimi tədris edilməsi vacibdir:

“Qeyri-səlis məntiq nəzəriyyəsi yeni ifadə deyil. Qurani-Kərimdə də bir surə var, orada Allah-təala deyir ki, yaratdığımı ümumi şəkildə  yaradıram, dərəcəsini həm aşağı salıram, həm də yüksəldirəm. Entropiya anlayışı var. Entropiyada hər hansı mövcud olan bir şeyin maksimal və minimal kritik nöqtəsi var. Maksimal kritik nöqtə ilə minimal kritik nöqtə arasında mövcudluq istənilən səviyyədə ola bilər. Burada səviyyələr fərqlidir. Bütün insanları eyni formada görürük. Lakin dünyada elə bir insan ola bilməz ki, onun eynisi olsun. Bu da dünyanın özünün qeyri-səlis məntiqlə yaradılmasını göstərir. Varlıqlar özləri müxtəlif növlərə bölünür. Zahirən oxşarlığın batilən müxtəlif dərəcədə olması dünyanın qeyri-səlis məntiq ilə yaradıldığını göstərir. Ardıcıl məntiqdə makrofizika əsas götürülür. Qeyri-səlis məntiq nəzəriyyəsi isə daha dərindir. Yəni burada 1 ilə 2-nin arasında müxtəlif dərəcələr yerləşir. Təhsil sistemində paralel məntiqin də öyrədilməsi vacibdir. Çünki paralel məntiqlə düşünməyi görə bilməyən insan ümumiyyətlə, həqiqəti dərk edə bilməz”. S.Cəlaloğlunun sözlərinə görə paralel məntiqi tətbiq etsək, anlama imkanlarımız qat-qat artacaq: “Qurani-Kərimi ardıcıl məntiqlə dərk etsəz, yalnız bir məna əldə edə bilərsiniz. Paralel məntiqdə isə əskinə. Qeyri-səlis məntiq isə daha dəqiqdir. Dəqiqliyinə görə Aristotel məntiqindən bir o qədər də fərqlənmir”. S.Cəlaloğlunun sözlərinə görə orta məktəb proqramında bu nəzəriyyənin də öyrənilməsinə ehtiyac var: “Təhsil sistemində məntiqin müxtəlif növlərinin tətbiqinə ehtiyac var ki, uşaqların dünya görüşü daha da artsın, təkminləşsin. Məntiqin müxtəlif növləri öyrənilərsə, bu zaman alimlərimiz də böyük kəşflərə imza atarlar. Daha çox məntiq öyrənməklə rassional düşünə bilərik”. S.Cəlaloğlunun sözlərinə görə məntiq elmi birinci sinifdən etibarən tədris edilməlidir: “Təəssüf ki, Azərbaycanda bu elm öyrədilmir. Məntiq elmi ağlın, düşüncənin nizamlanmasıdır. Məntiqi düşüncə yoxdursa, fikri necə nizamlamaq olar. Hər hansı bir məsələylə bağlı sual verdikdə hərə fərqli bir fikir söyləyir. Məntiqi bilmirsizsə, necə nizamlı düşünə bilərsiniz. Eyni nizamlı düşüncə olarsa, hər düşüncənin bir nizamlı qnaunu olur, müxtəlif qanunları olmur. Sivilizasiya da o zaman yaranır ki, hamı eyni cür düşünür. Ardıcıl məntiq adi praktikanı dərk eləməyə faydalıdır. Ardıcıl məntiqlə müqayisədə paralel məntiq daha mürəkkəbdir”. 

Qeyri-səlis məntiq nəzəriyyəsi haqda danışan S.Cəlaloğlu bildirib ki, burada dünyanın yaradılışı izah edilir:

“Biz elə bilirik ki, yalnız qırmızı rəng var. Əslində qırmızının da minə yaxın tonu var. Qeyri-səlis məntiq nəzəriyyəsi də bu baxımdan daha dərind və mürəkkbədir. Bu nəzəriyyə 4-cü sinifdən etibarən tədris edilməlidir”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений