Macarıstandakı tələbələrimiz mədəniyyətimizi nümayiş etdirib - FOTOLAR

Macarıstanın Szeged Universitetində təhsil alan tələbələrimiz Szeged şəhərində keçirilən "İnternational Cultural Week" festivalında ölkəmizi təmsil ediblər.
Azərbaycanlı tələbələrdən ibarət rəqs qrupu səhnədə “Yallı” və “Süleymani” rəqsləri ilə çıxış ediblər. Bundan əlavə, tələbələrimizin festivalla əlaqədar təşkil etdiyi guşədə Azərbaycanla bağlı kitablar, məlumat broşürləri sərgilənib, ölkəmizlə bağlı informasiyalar verilib, iştirakçılara milli təamlarımız təqdim olunub.
Qeyd edək ki, bu beynəlxalq festival Macarıstanın Szeged şəhərində hər il təşkil olunur. Tədbirin açılışında təşkil olunmuş konsert və ziyafətdə öz ölkələrini təmsil etmək istəyən tələbələrə təqdimatlar üçün şərait yaradılır. Szegeddə təhsil alan azərbaycanlı tələbələr də bu fürsətdən istifadə edərək beynəlxalq festival iştirakçılarına Azərbaycan barədə hərtərəfli məlumat veriblər.
Cebhe.info